Finss.az - "PASHA Bank" Strategiya Departamentinin Strategiyanın İcrası Şöbəsi üçün Rəhbər axtarır.
Namizədin vəzifələri:
- Təşəbbüslərin icrasına nəzarət, mərhələlər, büdcələr və məqsədlərə uyğun performansın qiymətləndirilməsi
- ƏFG-lər (Əsas fəaliyyət göstəriciləri) əsasında irəliləyişin izlənməsi və strateji düzəlişlərin tövsiyə edilməsi
- Performans məlumatlarının təhlili, problemlərin proaktiv həlli
- Təşəbbüslərin icrasında boşluqların müəyyənləşdirilməsi və bank rəhbərliyinə hesabatların təqdim edilməsi
Namizəd üçün tələblər:
- Biznesin idarə edilməsi, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür)
- 3–4 il iş təcrübəsi
- İngilis və rus dillərində sərbəstlik
- Microsoft Office (xüsusilə PowerPoint və Excel)
- Layihə idarəetmə proqramları (Jira) və analitik proqramlar üzrə biliklər
- Güclü ünsiyyət, problem həll etmə və liderlik bacarıqları
Vakansiya tam ştat üzrədir.
Ətraflı məlumat və müraciət üçün: PASHA Bank vakansiyası